Türkiyə Sultanlar liqasında Polina Rəhimova ilə Odina Bayramovanın üzü gülüb

Türkiyə Sultanlar liqasında 7-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Polina Rəhimova şərəfini qoruduğu “Fənərbağça” rəqib meydanında “İlbank”ı 3:o məğlub edib. Bütün görüşləri qələbə ilə başa vuran “sarı bülbüllər” 21 xalla yarış cədvəlində şəriksiz öncüldür.

Yığmamızın kapitanının çıxış etdiyi “Seramiksan” səfərdə “Nülufər”i 3:2 hesabı ilə üstələyib. Odina Bayramovanın komandası 12 xalla 9-cudur.

Yana Kulanın çıxış etdiyi “Bəylikdüzü” səfərdə “Çanaqqala”ya 2:3 uduzub. İstanbul təmsilçisi 12 xalla 12 klub arasında 10-cu yerdədir.

Həmin kateqoriyadan