Türkiyə və Albaniya AÇ-2016-nın final mərhələsindəki rəqiblərini tanıdı

AÇ-2016-nın final mərhələsinin püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, gələn il Fransada keçiriləcək turnir üçün 24 komanda püşkatmaya qatılıb.

Püşkatma ərəfəsində komandalar aşağıdakı səbətlərə bölünmüşdü:

1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika.
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya Respublikası, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya

Fransanın paytaxtı Parisdə təşkil olunan püşkatma mərasimində azərbaycanlı futbolsevərlərin yaxından maraqlandığı Türkiyə millisi D qrupunda İspaniya, Çexiya və Xorvatiya ilə birgə yer alıb.

Bütövlükdə, qruplar aşağıdakı kimi formalaşıb:

A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə.

B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya.

C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya.

D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya.

E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç.

F qrupu: Portuqaliya, İslandiya, Avstriya, Macarıstan.

Həmin kateqoriyadan