Türkiyə və Almaniya yığmaları da 1/4 finala adlayıb

Bu gün Milli Gimnastika Arenasında qadın voleybolçuların Avropa çempionatında pley-off mərhələsinə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, yarışa uğurlu başlamayan Türkiyə komandası sonradan toparlana bilib, həlledici oyunda polşalı həmkarlarına 3:1 qalib gəlib 1/4 finala adlayıb (25:22, 27:25, 18:25, 25:23). Qardaş ölkənin voleybolçuları sentyabrın 29-da saat 20:30 ruslarla qarşılaşacaq.

Digər cütdə Almaniya yığması gərgin mübarizədə Bolqarıstanı 3:2 hesabı ilə üstələyib (14:25, 25:20, 16:25, 25:19, 15:11). Qalib komanda ayın 29-da saat 18:00-da Azərbaycan seçməsi ilə görüşəcək.

Xatırladaq ki, sentyabrın 28-də Serbiya kollektivi Belarusu sınağa çəkəcək, Niderland yığması İtaliya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan