Türkiyədə 3 səmti müəyyənedənimiz ilk 3-lükdə yer alıb

Antalyada səmti müəyyənetmə üzrə festival keçirilir. Allsport.az saytı xəbər verir ki,  yarışda ölkəmizi M21E kateqoriyasında Süleyman Əliyev, Yuri Çernov, W21E-də Sevda Verdiyeva, M21A-da Turan Şükürov, W21A-da Anna Kamayeva, Fidan Mursakulova, Olqa Maşkova, WBS-də Şəfəq Quliyeva təmsil edirlər.

Mübarizədə artıq 3 günü geridə qalıb. Bizdən ən yaxşı nəticəni adı sonuncu çəkilən idmançı göstərir. O, ümumi sonluqda 1-cidir. Sevda Verdiyeva ilə Turan Şükürov müvafiq olaraq 2-ci və 3-cü yerdə qərralaşıblar.

Həmin kateqoriyadan