Türkiyəli məşhur futbol mütəxəssisi: Aman Tanrım, qardaş Azərbaycanın 6 xalı var!

Türkiyəli məşhur futbol mütəxəssisi Əhməd Çaxar bu ölkənin milli komandasının DÇ-2018-in seçmə mərhələsində səfərdə İslandiyaya 0:2 hesablı məğlubiyyətini şərh edərkən, “ay-ulduzlular”ımızın çıxışına da toxunub. Allsport.az saytı xəbər verir ki, o, bizimlə bağlı bunu deyib:

“5-6 il öncə biz Malta, Moldova, Azərbaycan kimi yığmaları qiymətləndirmirdik. Aman Tanrım, qardaş Azərbaycanın 6 xalı var! Onlar son oyunda Norveçə qalib gəliblər. Hansı ki, Norveç bizim qrupdakı Ukrayna və İslandiya ilə bərabər gücdə olan komandadır.

Norveç sizin üçün kənd komandası deyil. Son dövrlərə qədər qiymətləndirmədiyimiz Azərbaycandan olan qardaşlarımızın indi nəfəsini hiss edirik”.

 

Həmin kateqoriyadan