Türkmənistan sərbəst güləşçiləri Bakıda bizimlə birgə hazırlaşır

Güləş yığmalarımız təqvim üzrə qarşıdan gələn beynəlxalq yarışlara və Avropa çempionatına hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “klassiklər” və “sərbəstlər” Olimpiya Güləş Mərkəzində toplantısa fevralın 5-dən başlayıb. Çalışmalar ayın 20-dək davam edəcək. Sərbəst üsula çıxış edən bahadırların təlim-məşqinə Türkmənistan millisi də qoşulub.

Qadınlar Ukrayna paytaxtında Qönçə Zaspa hazırlıq bazasındadırlar. Fevralın 10-dan ora yollanan yığmamız ayın 22-dək bu ölkənin yığma komandası ilə birgə hazırlaşacaq.

Hər 3 komandanın təlim-məşq toplanışı başa çatdıqdan sonra 23-25 fevralda Kiyevdə bu ölkənin görkəmli məşqçi və idmançılarının xatirəsinə həsr olunan 22-ci beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

 

Həmin kateqoriyadan