Turun qalib gələn yeganə komandası “Neftçi” olub

Premyer liqada 15-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, “Keşlə” ilə “Səbail” arasında keçirilən paytaxt derbisində qalib müəyyənləşməyib (1:1).

“Zirə” və “Sumqayıt” görüşündə də bu hesab qeydə alınıb. Yarış cədvəlinin ilk 2 sırasında qərarlaşan “Qarabağ” və “Qəbələ” matçı da sülhlə bitib  – 0:0.

Turun yeganə qalib gələn komandası “Neftçi” olub. 8-qat ölkə çempionu “Kəpəz”-i 1:0 məyus edib.

Həmin kateqoriyadan