U-12 liqasının iştirakçıları muzeylə tanış olub

Bu gün Bakıda avroliqaya həsr olunmuş muzeyin açılışı olub. Allsport.az saytı xəbər verir ki, rəsmi hissə başa çatdıqdan sonra ilk ziyarətçilər AFFA-nın U-12 liqasında çıxış edən Topaz premyer liqası klublarının müvafiq yaş qrupundan ibarət komandalarının üzvləri olub. 

AFFA tərəfindən qeyd olunan komandalar üçün əyləncəli proqram təşkil edilib. Əvvəlcə paytaxtın tanınmış məkanlarından birində yemək süfrəsi arxasında toplaşan kiçik yaşlı futbolçular sonra, Avropa liqası muzeyində göstərilən eksponatlarla tanış olublar.

Muzeyin fəaliyyət göstərəcəyi 22 dekabr – 7 yanvar tarixləri aralığında AFFA tərəfindən digər yaş qruplarına aid komandalar üçün də eyni tədbirlər keçiriləcək. Xatıraldaq ki, saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq muzeyə giriş ödənişsizdir.

Həmin kateqoriyadan