U-15 sərbəst güləş millimiz qitə birinciliyindən 6 medalla dönür

Polşanın Krakov şəhərində 15 yaşadək sərbəst güləşçilərin Avropa birinciliyində millimiz 6 medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, Namiq Quliyevin komandasından Abdulrəhman İbrahimov (48 kq) bütün rəqiblərinə qalib gəlib.

İlkin Qənbərov (52 kq) gümüş, Elman Məmmədov (38 kq), Musa Ağayev (48 kq), Elcan Nadirli (52 kq) və Elnur Qədirov (57 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan