U-19 latviyalı həmyaşıdlarını böyük hesabla üstələyib

19 yaşadək qızların Avropa çempionatının ilkin seçmə mərhələsinin Azərbaycanda təşkil olunan 8-ci qrupunda mübarizəyə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, əvvəlki matçlarda məğlubiyyətlə üzləşmiş millimiz son turda özü kimi qələbəyə həsrət Latviya ilə qarşılaşıb.

Görüş 4:0 hesab ilə xeyrimizə başa çatıb. Nəticədə, yığmamız bu qrupda 3-cü yeri tutub. Azərbaycan öncə Ukraynaya 1:2, İspaniyaya 0:7 hesabı ilə uduzub.

Həmin kateqoriyadan