U-19-un baş məşqçisi: Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik

Bu gün U-19 milli Antalya toplanışı çərçivəsində “Küveyt”in müvafiq yaş qrupu komandası ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Vüqar Məmməd bunu söyləyib:

“Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir. Oyunla bağlı onu deyə bilərəm ki, komandam rəqibdən çox üstün idi.

Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik”.

Həmin kateqoriyadan