U-19-un heyətinə kimlər çağrılıb?

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, komandamız sabah təlim-məşq toplanışına start verəcək. Yığmamız ayın 12-ə qədər Bakıda hazırlıq keçəcək. Toplanışda 18 futbolçu iştirak edəcək:

Samirə Vəliyeva (“Araz”), Rövşanə Sərdarlı (“Fidan”), Firəngiz Teymurova (“Qonaq Bələdiyəspor” İzmir, Türkiyə), Nino Qurgenidze (“Martve”, Kutaisi, Gürcüstan), Cəmilə  Hüseynova (“Məşəl”), Zülfiyyə Əliyeva (“Mingəçevir”), Sevinc Fəttazadə, Aygün Qurbanzadə (hər ikisi – “Qəbələ”), Ayşən Əhmədova, Arzu Əliyeva, Aliyə Hüseynli, Vüsalə Seyfətdinova (hamısı – “Sumqayıt”), Nigar Abdulova, Vüsalə Hacıyeva, Nərmin Həsənova, Həqiqət Qasımova, Aynur Zeynalova (“Təhsil”), Leyli Qurbanova (“Zaqatala”).

Həmin kateqoriyadan