U-19-un seleksiya xarakterli təlim-məşq toplanışı olacaq

Yanvarın 10-dan 17-dək Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Allsport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamızın yanvarın 12-də “İnter”, 14-də “Sumqayıt” və 17-də isə “Neftçi” klubunun əvəzedici komandası ilə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Məmmədli Hafiz – Xəzər Lənkəran
Şahmalıyev Akşin – Sumqayıt
Muradov İsmayıl – İnter
Hüseynov Əsgər – AZAL
Rəhimov Elcan – Kəpəz
Məmmədov Nəbi – Mil-Muğan
Yunisov Elvin – Sumqayıt
Hüseynov Murad – Zirə
Əliyev Əli – Xəzər Lənkəran
Quluzadə Şahin – Bakı
Buludov Ömər – Neftçi
Məmmədxanov Murad – Sumqayıt
Tomarov Xəyal – Neftçi
Quliyev Akşin – İnter
Şükürlü Ümid – Zirə
Bayramlı Tural – Zirə
Ələkbərov Orxan – AZAL
Quliyev Emin – İnter
Əliyev Elçin – Zirə
İbrahimov Turqay – Araz Naxçıvan
İbrahimov Xalid – Sumqayıt
Bayramov Fuad – AZAL
Hümbətli Cavid – AZAL
Buludlu Vüsal – Sumqayıt

Həmin kateqoriyadan