U-21 bu dəfə Sloveniyaya qalib gəlib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışında 2-ci yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Yaşar Vahabzadənin çalışdırdığı komandamızın rəqibi yenə Sloveniya U-21-i olub. İlk matç 1:4 hesablı məğlubiyyətlə başa çatmışdı.

Bu dəfə isə millimiz daha yaxşı oynayıb. Görüşdə hesabı da məhz komandamız açıb. Meydan sahibləri hesaba tarazlıq gətirməyi bacarsa da, futbolçularımız fasilə ərəfəsində sloveniyalıları yenidən meydanın mərkəzinə dəvət ediblər. İkinci hissədə qapılara qol vurulmadığından oyun Azərbaycan 21 yaşlılarının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan