U-21-in Almaniya və Rusiya ilə oyunlar üçün heyəti bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması noyabrın 9-dan 11-nə və 15-dən 17-dək Bakı şəhərində, noyabrın 11-dən 15-dək isə Almaniyanın Regensburq şəhərində təlim-məşq toplanışı keçirəcək. Allsport.az xəbər verir ki, yığmamız AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində noyabrın 13-də səfərdə Almaniya, 17-də isə Bakıda Rusiya komandası ilə qarşılaşacaq.

U-21-in heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Fəhmin Muradbəyli – Neftçi
Elşən Abdullayev – Neftçi
Məqsəd İsayev – Neftçi
Rahil Məmmədov – Neftçi
Şahrudin Maqomedaliyev – Sumqayıt
Cəmil Hacıyev – Sumqayıt
Tərlan Əhmədli – Sumqayıt
Adil Nağıyev – Zirə
Sadiq Quliyev – Zirə
Azər Salahlı – Qarabağ
Vüqar Mustafayev – Qarabağ
Fuad Bayramov – İnter
Abbas Hüseynov – İnter
Rəşad Əzizli – Rəvan
Budaq Nəsirov – Kəpəz
Azad Kərimov – Kəpəz
Tural Hümbətov – AZAL
Elvin Camalov – Qəbələ
Kerem Behnke – TSG Neustrelitz (Almaniya)
Taşkın İlter – TSG Neustrelitz (Almaniya)
Bilal Sezer – Borussia Münhenqladbax (Almaniya)

Qeyd edək ki, Elvin Camalov, Abbas Hüseynov və Fuad Bayramov komandaya noyabrın 10-da, Taskin İlter, Kerem Behnke və Bilal Sezer isə noyabrın 11-də qoşulacaq.

Həmin kateqoriyadan