U-21-in baş məşqçisi – Milan Obradoviç

U-21 millisinin baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, yığmamızı Milan Obradoviç çalışdıracaq. AFFA məşqçilər komitəsinin tövsiyəsinə uyğun olaraq, bu vəzifəsi serbiyalı mütəxəssisə həvalə olunub.

Pro kateqoriyasına malik çalışdırıcı bunadək 2014-15-ci illərdə “Napredak”da (Krusevac, Serbiya), 2015-ci ildə “Zavrc”da (Sloveniya) köməkçi məşqçi, 2015-2017-ci illərdə “Koper” (Sloveniya) – baş məşqçi kimi çalışıb. 2017-ci ildə Serbiya U-19 və U-20, həmçinin U-17 yığmalarına rəhbərlik edən çalışdırıcı 2 həmin il əsas millidə köməkçi məşqçi təyin olunub. O, bu vəzifə ilə Dünya Kuboku-2018-ə də qatılıb. 42 yaşlı çalışdırıcının son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub.

Obradoviç futbolçu karyerasında Yuqoslaviyanın U-21 millisində 12, əsas yığmasında 8 oyun keçirib. Oyunçu 1998-2001-ci illərdə “Obiliç” (Belqrad, Serbiya), 2001-2003-cü illərdə “Lokomotiv” (Moskva, Rusiya), 2003-2004-cü illərdə “Borussiya” (Mönhenqladbax, Almaniya), 2004-2005-ci illərdə “Akratitos” (Afina, Yunanıstan), 2006-2013-cü illərdə “Metallist” (Xarkov, Ukrayna), 2013-2014-cü illərdə “Partizan” (Belqrad, Serbiya), 2014-cü ildə OFK-nın (Belgrad, Serbiya) şərəfini qoruyub.

“Lokomotiv”lə Rusiya çempionu və superkubokun qalibi olan Obradoviç çempionlar liqasında 15, avroliqada 36 oyunda meydana çıxıb.

Həmin kateqoriyadan