U-21 Sumqayıtda İsveçrəyə yenildi

Bu gün U-21 millimiz Avropa çempionatının seçməsində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Milan Obradoviçin komandası doğma meydanda İsveçrə yığması ilə qarşılaşıb və məyus olub – 0:1.

İlk turda Lixtenşteynə uduzan (0:1) futbolçularımız Slovakiya üzərində qələbə qazansa da (2:1), son 2 oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzmuşdu. Cəmi 3 xalı olan komandamız qrup sonuncusu idi.

Həmin kateqoriyadan