“Uçan gimnastlar”ın dünya çempionatı Bakıda

2021-ci ildə batut üzərində tullanma və tamblinq üzrə dünya çempionatını Bakı qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının icraiyyə komitəsi bu qərarı Ficidə keçirilən iclasda verib.

Yarışın başlama tarixi də məlumdur. Bu tədbir dünya oyunları ərəfəsində – noyabrın 11-14-də keçiriləcək. “Uçan gimnastlar” üçün Bakı sınağı Tokio-2020 olimpiadadan sonra ən əhəmiyyətli yarış olacaq.

Həmin kateqoriyadan