UCİ Bakıda dünya çempionatında çəkilən fotonu ayın “Ən yaxşı”sı elan edib

Beynəlxalq Velosipedçilər İttifaqının növbəti aylıq hesabat jurnalı işıq üzü görüb və quruma üzv olan 190 milli federasiyaya göndərilib. Allsport.az saytı xəbər verir ki, dərginin bizim üçün əhəmiyyətli edən əsas məqam iyunun 5-9-da paytaxtımızda keçirilən BMX üzrə dünya çempionatına yer ayrılması və Bakı yarışında çəkilən şəkilin UCİ tərəfindən “Təşəkkürlər Bakı! Bu heyranedici dünya çempionatı idi” adı ilə ayın fotosu elan edilməsidir.
UCI prezidenti David Lappartienin milli federasiyalara ünvanladığı müraciətində BMX üzrə Bakı dünya çempionatına da yer ayrılıb: “İyunun əvvəlində Bakıda keçirilən dünya çempionatı zamanı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Apardığımız müzakirələr olduqca ümidvericidir və bu ölkədə velosipedin gələcəyi ilə bağlı nikbin düşünməyə əsas verir. Şübhəsiz, Azərbaycan hazırda özünü bu sahədə təsdiqləmiş ölkədir”.

Həmin kateqoriyadan