UEFA 2014-cü ilin ən yaxşı “11”liyini açıqladı

UEFA geridə qalan 2014-cü ilin ən yaxşı “11”liyini açıqlayıb. Allsport.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada ən çox Almaniyanın “Bavariya” klubunun futbolçuları yer alıb.

Münhen təmsilçisinin 4 futbolçusu ilin ən yaxşıları sırasına düşməyi bacarıb. Çempionlar Liqasının son qalibi “Real” (Madrid, İspaniya) klubu 3, “Barselona”, “Atletiko” (Madrid, İspaniya), “Mançester Yunayted” (İngiltərə) və PSJ (Fransa) hərəyə 1 oyunçu ilə təmsil olunub.

Qeyd edək ki, namizədlər sırasında Türkiyə millisinin və “Atletiko” (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan olsa da, təcrübəli futbolçu lazımi səs faizini toplaya bilməyib.

Qapıçı: Manuel Noyer (Almaniya, “Bavariya”)

Müdafiəçilər: Serxio Ramos (İspaniya, “Real”, Madrid), Filip Lam (Almaniya, “Bavariya”), David Alaba (Avstriya, “Bavariya”), Dieqo Qodin (Uruqvay, “Atletiko”, Madrid)

Yarımmüdafiəçilər: Aryen Robben (Hollandiya, “Bavariya”), Anxel di Mariya (Argentina, “Mançester Yunayted”), Toni Kroos (Almaniya, “Real”, Madrid)

Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya, “Real”, Madrid), Lionel Messi (Argentina, “Barselona”), Zlatan İbrahimoviç (İsveç, PSJ).

Həmin kateqoriyadan