UEFA AFFA-nın lisenziyalaşdırma qrupunun fəaliyyətindən razı qalıb

İsveçrənin SGS şirkəti 2018-ci ildə AFFA-nın lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, şirkət tərəfindən ünvanlanmış təbrik məktubunda AFFA-nın lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın llubların lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olması qeyd olunub.

Bildirilib ki, lisenziyalaşdırma qrupu 2019-20-ci illərdə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir. SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Həmin kateqoriyadan