UEFA Azərbaycan və Ermənistanı ayrı-ayrı qruplara salacaq

Avropa çempionatı-2020-nin seçmə mərhələsinin və Millətlər liqasının püşkatmasında Azərbaycan və Ermənistan futbol komandaları ayrı-ayrı qruplara salınacağı dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, bu barədə UEFA prezidenti məlumat verib.

Aleksander Çeferin icraiyyə komitəsinin iclasından sonra mətbuat konfransında eyni qaydanın Rusiya və Ukraynaya da şamil olunacağını deyib. O, belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib.

Qeyd edək ki, AÇ-2020-nin püşkatması gələn ilin dekabrında İrlandiyanın paytaxtı Dublində baş tutacaq. Qitə çempiontının final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda keçiriləcək.

Həmin kateqoriyadan