UEFA-dan AFFA-ya 14,1 milyon avro qrant

UEFA Avropada futbolun inkişafı üçün rekord məbləğdə qrant ayıracaq. Allsport.az saytı xəbər verir ki, qərar bu gün Slovakiyanın paytaxtı Bratislavada keçirilən 42-ci konqresində qəbul olunub. UEFA-nın 2020 – 2024-cü illərdə “HatTrick V” inkişaf layihəsi üçün 55 milli assosiasiyaya, ümumilikdə, 775,5 milyon avro ödəniləcək. Nəticədə hər bir assosiasiya, o cümlədən AFFA 4 il ərzindən 14,1 milyon avro alacaq. Bu məbləğ 2016 – 2020-ci illəri əhatə edən və 600 milyon büdcəsi olan əvvəlki layihəni 30 faiz üstələyir.

Konqres UEFA prezidentinin, administrasiyasının və icraiyyə komitəsinin məruzələrini bəyənib, 2016/2017 mövsümünün maliyyə hesabatını öyrənib və 2018/2019 mövsümü üçün büdcəni təsdiq edib. Eləcə də UEFA nizamnaməsinə təklif edilən düzəlişlər təqdir olunub.

UEFA icraiyyə komitəsinin növbəti iclası mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. Qurumun növbəti konqresi isə 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada olacaq

Həmin kateqoriyadan