UEFA klub reytinqində 1 mövqe də gerilədik

Avropa liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəlində növbəti yerdəyişmələr olub.

Allsport.az saytı  xəbər verir ki, İsrail klubları uğurlu çıxış edərək ümumi xalı 18,125-ə yüksəldib və əlavə göstəricilərə görə 24-cü pilləyə qalxıb.

Azərbaycan hazırda UEFA əmsalında 55 ölkə arasında 25-cidir. Hesabda 18.125 reytinq xalı var. Bizdən 1 mövqe geridə olan Qazaxıstanın 17,500 xalı var.

Həmin kateqoriyadan