UEFA “Qarabağ”a görə təhlükəsizlik tədbirini gücləndirməsini tələb edib

UEFA “Qarabağ”la bağlı yeni qərar verib. Allsport.az saytı xəbər verir ki, Avropa futbol qurumu Luksemburqda “Düdelanj” oyun zamanı baş verən “dron təxribatı”nı əsas götürüb.

Belədə, təşkilat “köhlən atlılar”ın noyabrın 7-də Avropa liqasının 4-cü turunda APOEL səfərini “xüsusi diqqət mərkəzində saxlanması vacib oyunlar” siyahısına daxil edib.

UEFA bu məqsədlə Nikosiyada matçın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Həmin kateqoriyadan