UEFA «Qarabağ»ın rəqibinə icazə vermədi

UEFA «Qarabağ»ın Avropa Liqasında rəqibi Ukrayna «Dnepr»inə son qrup oyununda Fransa «Sent-Etyenn»i Lvovda qəbul etməyə icazə verməyib. «Allsport.az» Ukrayna mətbuatına istinadən xəbər verir ki, Dnepropetrovsk klubu Ukraynadakı məlum hadisələr səbəbilə ev oyunlarını Kiyevdə keçirir. Lakin stadion böyük olduğundan klubun oyunlarını izləməyə gələnlərin sayı çox az olur və bu da komandanın oyunuüna təsir edir.

UEFA imtinanın səbəbini hər komandanın ev oyunları üçün sifarişi əvvəlcədən verməli olması ilə izah edib. Qarşılaşmanı başqa şəhərə keçirmək üçün kifayət qədər üzrlü səbəb olmalıdır. Təqdim edilən əsaslar isə qitə qurumunu qane etməyib.

Həmin kateqoriyadan