UEFA qrup mərhələsində qazandığı nəticə əsasında “Qarabağ”a 980 min avro köçürüb

UEFA “Qarabağ” klubuna daha 980 min avro köçürüb. Allsport.az saytı xəbər verir ki, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı qazandığı nəticələrlə bağlı verilib.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində 2 qələbə qazanıb və 1 dəfə meydanı sülhlə tərk edib. Digər 3 oyunda “köhlən atlılar” yeniliblər.

Həmin kateqoriyadan