UEFA reytinqində yeni mövsümə bir addım öndə

Azərbaycanın növbəti mövsümünə UEFA əmsalında haradan başlayacağı dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, buna bizdən aşağı pillələrdə olan ölkə klubların mübarizəni dayandırması səbəb olub. Son 5 rəqabətdə hesabında 19,125 xal olan Avropanın 23-cüsü kimi mövsümü başa vuran Azərbaycanı irəliləyiş gözləyir. Belə ki, 2013/14 mövsümünün nəticələrinin silinməsindən sonra 1 pillə irəliləyəcəyik.
2,500 xal qazandığımı mövsüm hesabdan silinəndə Azərbaycanın  16,625 xalı olacaq. Bu, UEFA reytinqinin 22-ci pilləsində qərarlaşmağa kifayət edir. Yayda bu mövqeyə yüksələcək ölkəmiz ən pis halda mövqeyini qorumağa, imkan daxilində irəliləməyə çalışacaq.
Apasport.az-a görə, bunun üçün kifayət qədər imkan da var. Öndə qərarlaşan İsveç, Belarus və Polşa ilə arada fərqin cüzi olması futbolumuza yeni üfüqlər vəd edir. Bu ölkələrdən ən azı ikisini keçsək, Avropanın “Top-20”də qərarlaşmaqla nəticələnəcək. Bu da Azərbaycan üçün görünməmiş nailiyyət olacaq.
Hətta 19-cu yer perspektivi də az deyil. Daha yüksək pillələr real görünməsə də, Kiprin uğursuzluğuna ümid etmək mümkündü. Amma təbii ki ilk növbədə öz klublarımız avrokuboklaırn yeni formatını yeni uğurlarla qeyd etməlidir.

Həmin kateqoriyadan