UEFA “topçular”a xəbərdarlıq: Bakıda tərəfdarlarınızı etiraz tədbirindən çəkindirin!

UEFA İngiltərənin “Arsenal” klubuna xəbərdarlıq edib. Allsport.az saytı xəbər verir ki, qitə futbol qurumu “topçular”ı klubunu Bakıda “Çelsi”yə qarşı keçirəcəyi Avropa liqasının final matçında azarkeşlərini etiraz aksiyalarından çəkindirməyə çağırıb. UEFA oyun zamanı fanatların istənilən protestlərinin qarşısını almaq üçün belə addım atıb.

Bu yöndə artıq müəyyən təcrübə də var. UEFA daha əvvəl Polşanın “Legiya” (Varşava) klubunu azarkeşlərinin oyun zamanı “Futbol yox, pul daha vacibdir” plakatına görə cərimələyib.

Xatırladaq ki, “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı şəxsi istəyi ilə Bakıya gətirməyəcək. Oyun mayın 29-da Bakı olimpiya stadionunda saat 23:00-da başlayacaq. 

Həmin kateqoriyadan