Ufuq Budağın komandası Türkiyə kubokunda qrup mərhələsinə adlayıb

Türkiyə kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuq Budağın komandası doğma meydanda “Bucaspor”la qarşılaşıb.

Matç “Kayserispor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, “Anadolu ulduzları” qrup mərhələsinə adlayıb. Futbolçumuz bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Həmin kateqoriyadan