ÖZƏL
«Ukraynada qarətdən sonra, bütün medallarımı Bakıda saxlayıram»

«Pekin Olimpiadasında qazandığım bürünc medal hələ də tapılmayıb. Düzü, onun tapılacağına ümidimi çoxdan itirmişəm». Bunu allsport.az saytına qadın güləşçilər arasında milli komandamızın lideri Mariya Stadnik (48 kq) deyib.

Çində keçirilmiş «dördillik»dən sonra titullu idmançımız doğma şəhərində, Lvovda olarkən, evində olmamasından yararlanan qarətçilər soyğunçuluq etmişdilər. Həmin zaman oğurlanan əşyalar arasında dünya və Avropa çempionumuzun olimpiya bürüncü də vardı.

Maşa açıqlamasında vurğulayıb ki, həmin olaydan sonra qiymətli əşyalarını artıq Bakıda saxlayır: «Londonda qazandığım gümüş medalı bərk-bərk qoruyuram. Onu yaxşıca gizlətmişəm. Ukraynada ehtiyatsızlıq edib, bürünc mükafatımı ayrıca saxlayırdım. İndi çox ehtiyatlıyam. Bütün medallarımı Bakıda saxlayıram. Burada medallarımı oğurlasalar belə, yüz faiz əminəm ki, tapacaqlar (gülür)».

Həmin kateqoriyadan