Ukraynalı voleybol gözəli “İl’Azero”da

Ukrayna qadın voleybol yığmasının və Rusiya superliqasında
“Leninqradka”nın toppaylayıcısı Olqa Skripak da milli idman brendi “İl’Azero”nun yeni qış geyimini nümayiş etdirib.

Allsport.az saytı xəbər verir ki, piterlilərin heyətində bu şirkətin rəsmi siması, başqa bir gözəl, yığmamızın diaqonal oyunçusu Yelizaveta Səmədova çıxış edir.

Voleybol meneceri İlqar İmamquliyevin təsis etdiyi “Bir Azərbaycanlı” hazırda həm ölkə daxili, həm də ölkə xaricində bəyənilir və bu şirkətin məhsullarına tələbat durmadan artır.

Həmin kateqoriyadan