Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları da iştirak edəcəklər

Bu il iyulun 21-dən avqustun 3-dək növbəti Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları təşkil olunacaq. Allsport.az xəbər verir ki, bu mötəbər yarışlarda atletika, pauerliftinq, cüdo, üzgüçülük, stolüstü tennis və badminton idman növləri üzrə 22 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Oyunların rəsmi açılış mərasimi iyulun 25-də keçiriləcək.

Daha ətraflı məlumatı Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının www.LA2015.org saytından almaq olar.

Həmin kateqoriyadan