Ümummilli liderin xatirəsinə konkurçular arasında beynəlxalq turnir keçiriləcək

25-26 mayda «Binə Atçılıq Mərkəzi»nin açıq meydanında və ayın 27-də «Elite Horse & Polo Club» atçılıq klubunun ot meydanında, konkur növü üzrə CSI 2*-W kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışın ümumi mükafat fondu 60 000 AZN-dir.

Bu növ atçılıq yarışları Azərbaycanın paytaxtında 2009-cu ildən etibarən təşkil olunur. Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrdən olan idmançılar iştirak edəcəklər. Hakimlər briqadasının tərkibinə Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyadan olan hakimlər daxil olacaq. Turnirin proqramı belədir:5 May

15:40 – 16:00 Turnirin açılışı ( yarış istirakçilarının paradı )
16:00 – Medium tur Yarış 1 17:00 – 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi) 17:30 – Big tur Yarış 2 18:30 – 18:45 Təltifetmə mərasimi 18:45 – 19:00 Lotereya (Elit Klubuna 1 heftelik üzvlük)

26 May

16:00 – Medium tur Final Yarış 3 17:00 – 17:30 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi). 17:30 – Big tur Yarış 4 18:30 – 18:45 Təltifetmə mərasimi 18:45 – 19:00 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük)

27 May

16:00 – 17:00 Yarmarka- Festival (kafeler, foto çəkiliş, at sürmək imkanı, musiqi). 17:00 – Big tur Qran Pri 18:00 – 18:15 Təltifetmə mərasimi
18:15 – 18:30 Lotereya. (Elit Klubuna 1 heftelik üzvlük) 18:30 -19:00 Turnirin bağlanışı ( şou-proqram )

Tədbirin əsas tərəfdaşları və sponsorları Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Atçılıq Federasiyası, Beynəlxalq Atçılıq İdman Federasiyası və “İdman-Azərbaycan” telekanalıdır.

Həmin kateqoriyadan