Ümummilli liderin xatirəsinə konkurçuların beynəlxalq turnirə başa çatıb

Heydər Əliyevin xatirəsinə atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İrandan, ümumilikdə, 15 çapar iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev idmançıları və yarış iştirakçılarını salamladıqdan sonra bildirib ki, ölkəmizdə atçılıq idman növünün inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təcrübəli idmançıların, beynəlxalq yarışlarda rəqabətqabiliyyətli atların yetişdirilməsi, məşhur Qarabağ və Dilboz at cinslərinin dünya şöhrətinin artırılması üçün zəruri tədbirlər görülür.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarışın final mərhələsinə start verilib. 140-160 santımetrlik maneədən tullanmada 9 idmançı və 15 at mübarizə aparıb. Azərbaycanlı cokeylərdən Rəşad Səmədov 2-ci, Seyid Musayev 3-cü yerə sahib çıxıblar. Qalib idmançılar medal və diplomlarla təltif olunublar.

Bu turnir Qafqaz liqasına daxil olan çaparların dünya kubokuna təsnifat mərhələsi hesab edilir. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Həmin kateqoriyadan