Ümummilli liderin xatirəsinə mini-futbol turnirinin püşkatması olub

“AtaBank” ASC-nin dəstəyi ilə “GNI”, “PMD”, “AtaHolding”, “AFAM” və “Synergy” şirkətlər qrupunun əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə mini-futbol yarışının püşkatma mərasimi keçirilib.

Allsport.az saytı xəbər verir ki, “AtaBank” ASC-nin “Dostluq” filialının konfrans zalında təşkil edilən tədbirdə 12 komanda 3 qrupa bölünüb.

Qruplarda 1-ci və 2-ci yerləri tutacaq, həmçinin 3-cü yerdə qərarlaşacaq ən yaxşı 2 komanda 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin qalibləri yarımfinal, 3-cü yer və final mərhələsində iştirak edəcəklər.

Həmin kateqoriyadan