Ümummilli liderin xatirəsinə “Zirvə” oyunları

5-28 mayda Xırdalan və Astarada uşaqlar arasında 7-ci “Zirvə” oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan tədbirdə 23 növdə 1000-dən çox idmançı qüvvəsini sınayacaq.

“Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçiriləcək yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparacaqlar.

“Zirvə” oyunlarının keçirilməsində məqsəd Heydər Əliyev irsinin yaşadılması, ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Yarışların keçirilməsi idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunur. Yarışların qalib və mükafatçılarına medal və diplomlar təqdim olunacaq.

Həmin kateqoriyadan