Ümumrespublika çempionatı başa çatdı

“Sərhədçi” Olimpiya İdman Kompleksində böyüklər arasında taekvondo üzrə ümumrespublika çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, qadınlar arasında Təranə Məmmədova (46 kq), Nurgül Çəlik (53 kq), Günay Ağakişiyeva (57 kq), Marina Tedeyeva (73 kq), kişilərin mübarizəsində isə Mikayıl Əliyev (54 kq), Hüseyn Mehrəliev (68 kq), Radik İsayev (87 kq), Ceyhun Həsənli (+87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ümumi nəticələrə görə, “Neftçi”, “Gilan” və “Qəbələ” klubları ilk üç yeri tutublar. Azərbaycan Taekvondo Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri yarışda Bakıda və bölgələrdə fəaliyyət göstərən klublardan idmançılar qatılıb.

Builki çempionatda görüşləri yerli hakimlərdən başqa, Rusiya, İran, Koreya Respublikası və Qazaxıstandan olan ədalət təmsilçiləri də idarə ediblər.

Həmin kateqoriyadan