FOTO
UNICEF nümayəndələri AFFA-da

UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Mari Pyer Puarye Azərbaycana səfəri çərçivəsində bu gün AFFA-ya gəlib. Allsport.az xəbər verir ki, onu UNICEF Azerbaijan-ın nümayəndələri Nafisa Binte Shafique, Ayna Mollazadə və Aida Ailarova, UNICEF-in Cenevrədəki regional ofisindən Kristen Elsby və İlaria Favero müşayiət ediblər.

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev qonaqlara assosiasiyanın sosial fəaliyyəti barədə geniş məlumat verib. UNICEF təmsilçiləri AFFA-nın Futbol Akademiyasında yaradılmış şəraitlə tanış olub, akademiyanın meydançasında “Fidan” və “Vətən” komandaları arasında oyunu izləyiblər.

Oyundan sonra Mari Pyer Puarye “Fidan U-13” , “Vətən U-13” və qızlardan ibarət U-15 və U-17 Azərbaycan yığma komandalarının oyunçuları ilə söhbət aparıb, onlara futbolda və futboldankənar fəaliyyətlərində uğurlar arzulayıb.

Həmin kateqoriyadan