“Universal” və “Sumqayıt” əməkdaşlığı 1 il də uzadıb

1998-ci ildən etibarən Azərbaycanın inşaat sektorunda fəaliyyət göstərən “Universal PRO” MMC ilə “Sumqayıt” arasında əməkdaşlıq müqaviləsinin müddəti daha bir illiyinə uzadılıb. 

Allsport.az saytı xəbər verir ki, anlaşmaya uyğun bu şirkət komandanın ev oyunlarını keçirdiyi “Sumqayıt arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

Bundan başqa, hər 2 tərəf 1 il ərzində müxtəlif ictimai aksiyalar həyata keçirəcək və “Sumqayıt”ın oyun geyimlərində “Universal PRO”ya məxsus əmtəə nişanları yerləşdiriləcək.

Həmin kateqoriyadan