«Universitet-Yuqra» uduzdu, Rındin 10 xal qazandı

Milli basketbolçumuz Aleksandr Rındinin çıxış etdiyi «Universitet-Yuqra» klubu bu gün Superliqanın 13-cü turunda evdə Samaranın eyni adlı komandasını qəbul edib.

Allsport.az saytı xəbər verir ki, yarış cədvəlinin ikincisi ilə görüş gözlənildiyi kimi çətin keçib. Surqutlular müqavimət göstərsə də, faydası olmayıb. Qonaqlar növbəti qələbəsini bayram edib (103:78). Bu matçda həmyerlimiz 10 xal qazanıb, 4 götürmə edib.

«Universitet-Yuqra» hazırda ölkə çempionatında 19 xalla 10-cu yerdədir. Rındinin komandası sonrakı görüşünü yanvarın 6-da «İrkut»a qarşı keçirəcək. Rəqib 17 xalla 13-cü sıradadır.

Həmin kateqoriyadan