Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazandı

Milli Gimnastika Arenasında dünya çempionatının 7-cü günündə daha 2 cüdoçumuz tatamiyə çıxdı. Allsport.az saytı xəbər verir ki, +100 kq-da Uşanqi Kokauri öncə belaruslu Vladislav Tsiarpitski, sonra polşalı Masiey Sarnackini mübarizədən kənarlaşdırdı.

1/4 çex Lukas Krpalek də ona yenildi. “D” qrupunda qalib olan millinin ən ağır çəkili üzvü yarımfinalda özbəkistanlı Bəymurad Oltıboyevlə üz-üzə gəldi. İlk saniyələrdən fəal olan idmançımız qəfil ayaq fəndi ilə rəqibinin kürəyini yerə vurdu. Finalda cüdoçumuz həmvətəni Quram Tuşişviliyə yenildi.

Qadınlarda İrina Kindzerska (+78 kq) Litva təmsilçisi Sandra Jablonski, sonra Melisse Mojikanı (Puerto-Riko) üstələdi. 1/4 finalda bosniya və hersoqovinalı Larisa Kerikə uduzsa da, təsəlliverici görüşlərə qatılmaq imkanı qazandı. İlk tutaşmada türkiyəli Sayıt Kayra onun önünü kəsdi.

Bu gün dünya çempionatında şəxsi yarışa yekun vuruldu. Sabah son rəqabətdə komanda mücadiləsinə başlanacaq.

Həmin kateqoriyadan