Uşaq liqalarında hakimliklə bağlı yenilik

AFFA-nın hakimlər komitəsi U-13 və daha aşağı yaş qruplarına aid komandalar arasında keçirilən yarışlarla bağlı yeni qərar qəbul edib. Allsport.az saytı xəbər verir ki, bundan sonra bu yaş qruplarından ibarət komandaların oyunlarına 1 hakim təyinat alacaq.

Qərar beynəlxalq oyun qaydalarının tələbləri, beynəlxalq təcrübə və hakimlərin fiziki hazırlığının yüksəldilməsi əsas götürülərək qəbul olunub. İndiyə qədər qeyd olunan bəzi turnirlərdə oyunları 2 referi idarə edirdi. 

Həmin kateqoriyadan