Usta cüdoçuların ölkə çempionatında kimlər qalib olub?

Bakı idman sarayında veteran cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif kateqoriyalar üzrə 110 usta idmançı medallar uğrunda mübarizə aparıb.

Qalib və mükafatçılarına medallar, Azərbaycan Cüdo Federasiyasınin diplomları təqdim olunub. 1-ci yerin sahibləri Avropa çempionatında mübarizə aparacaqlar. 

Fevralın 25-də həmçinin para cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda gözdən əlil 32 cüdoçu iştirak edib. Fəxri kürsüyə qalxan atletlərə cüdo federasiyasının və milli paralimpiya komitəsinin diplomları, medallar təqdim olunub.

Həmin kateqoriyadan