UWW-də qara qüvvələrdən Hicran Şərifova qarşı anti-təbliğat – Güləş federasiyası nə düşünür?

Müstəqillik qazandıqdan sonra ölkəmiz, yeni addımlar atan hər bir məmləkət kimi, bir çox sahələrdə özünü  tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, ölkənin simasına çevrilən növlərə dəstək verilməsi vacibdir. Bunu, ilk olaraq, həmişə düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları ilə seçilən Heydər Əliyev etdi. Dahi siyasətçinin yeni yaranan Azərbaycanı dünya idman aləminə tanıtdırmaq üçün dəstək verdiyi idman növlərindən biri, bəlkə də birincisi güləş oldu. Ümummilli lider dəqiq bilirdi ki, populistcəsinə «idman siyasətə qarışmır» fikrini bayraq edənlər buna qarşı olacaqlar. Belədə «ən yaxşı siyasət idmandır» devizini əldə rəhbər tutanlara, elə onların dilində cavab vermək ən doğru addım idi. O, güləşə güvəndi və tezliklə hər kəs bunun bəhrəsini gördü.

Amma məmləkəti cahanda tək bahadırlar tanıtmayırlar. Bu işdə hakimlərin də böyük əməyi var. Təcrübəli referi Məkan Zaalov keçmiş ittifaq adından 2 dəfə olimpiya oyunlarını idarə edib. Elə bu sayda idarəçilk müstəqilliyimizin ilk «dördilliklər»ində Oqtay Hüseynova qismət olub. Hakimlik məktəbində tarix yazan şəxs isə, sözsüz ki, Hicran Şərifovdur. O, Pekin, London və Rio olimpiadalarında ədaləti qorumaqla, özünəməxsus rekord edib. Braziliyada keçirilən oyunlarda qadınların 53 kq-da 3-cü yer uğrunda mübarizədə isveçli Sofiya Mattssonun çinli rəqibinə qalib gələndən sonra həmyerlimizi öpməsi və 65 kq-da Özbəkistan pəhləvanının qələbəsini həzm edə bilməyən monqol məşqçilərin xalçada hamının gözü önündə üst paltarlarını soyunması hadisəsi, onu daha məşhurlaşdırıb. Bu günlərdə Dağıstan respublikasının Kaspiysk şəhərində keçirilən Avropa çempionatında 3 azərbaycanlının görüşləri idarə edən referiler dəstəsində yer alması da sevindirici məqamlardandı. Amma yarışın gedişində əldə etdiyimiz bilgilər narahat doğurmaya bilməz. Rusiya Güləş İdmanı Federasiyasının hakimlər kollegiyasında söz sahibi olan olimpiya dərəcəli hakim Noravard Arustamyan millətçiliyi ilə fərqlənir. O, Dünya Güləş Birliyində hörməti olan Hicran Şərifovu gözdən salmaq, ləkələmək və nəhayət, ən yüksək kateqoriyadan düşürmək üçün bütün imkanlarını işə salıb – anti-təbliğat aparır. FSBR rəhbərliyinə yaxınlığı ilə seçilən əslən erməni qadın Avropa çempionatının gedişində onlara, eləcə də UWW-dən olanlara şəxslərə həmyerlimizi pisləyib. Deyib ki, Hicran Şərifov Azərbaycanın lehinə digər həmkarlarına təzyiq edir, yalnız öz ölkəsi üçün çalışır. Rusiya güləşində digər gənc hakimlərlə birləşib yaşlıları devirən Noravard Arustamyanın indi məqsədi bizi zəif salmaqdır. Bunun üçün elə «Qızıl fit» sahibini kənarlaşdırmaq  yetərlidir ki, Azərbaycan ən azı, 7-10 il nüfuzda geri düşsün.

Düzdür, Dünya Güləş Birliyi referilərimizin olmasının tərəfdarıdır. Amma həlledici məqamda onlar maraq naminə nüfuz deyil, fərdə üstünlük verə bilərlər. Burada Azərbaycan Güləş Federasiyasının da mövqeyi önəmlidir. Ancaq görünür ki, AGF bu siyasətdə yanlışlığa yol verir. İlin əvvəlində İntiqam Alıyev İ-S dərəcəsi alıb. O hələ möhkəmlənməmiş, federasiya Asif Şirəliyevin də önə atıb. Gənc hakim bu yaxınlarda imtahan verib. Onun sınaqdan uğurlu keçdiyi söylənilir. Belədə, çətin və qarışıq durum yaranıb. Azərbayanı olimpiya oyunlarında nəniki 3, heç 2 hakim təmsil etməyib. Aydın məsələdir ki, bu gedişlə kimsə «vurulmalıdır». İntiqam Alıyev bir dəfə 2015-ci ildə, Asif Şirəliyev isə 2 il qabaq İ-S dərəcəsi alıblar. Amma onların hər ikisi tez bir zamanda yenidən 1-ci dərəcəyə düşüblər. İndiki vəziyyətdə hədəf ya Hicran Şərifov, ya da İntiqam Alıyevdir. Çanaq bu 2 referidən birinin başında çatlayacaq. Əgər adı 2-ci çəkilən hakim yenə qısa zamanda 1-ci dərəcəyə düşərsə, bu, Azərbaycanın nüfuzuna zərbədir. Çünki ən yüksək kateqoriya alanların qısa vaxtda mövqeyi əldən verməsi xoşagələn hal deyil və bacarıqsızlıq kimi qiymətlənqdirilir. İntiqam Alıyevə 7 il respublika dərəcəli olub. Sonra öz bacarığı hesabına addım-addım irəliləyib. Hicran Şərifov kimi, onun da idarə etdiyi görüşlərdə mübahisəli durum nadir halda olur. Yaxşı olardı ki, Güləş federasiyası yenicə İ-S kateqoriyası alan bu ədalət təmsilçisinə dəstəyini artırsın və onun UWW-də möhkəmlənməsə çalışsın. Amma deyəsən, ssenari artıq yazılıb. Qəribəsi odur ki, AGF-nin rəsmi saytında Asif Şirəliyev İ-S, İntiqam Alıyev 1-ci dərəcəli beynəlxalq hakim kimi göstərilib.

Həmin kateqoriyadan