DÇ-2014
UWW sərbəst güləş millimiz haqda nə qərar qəbul etdi?

Özbəkistanın paytaxtı Daşkənddə güləşçilər arasında keçirilmiş dünya çempionatının nəticələrində dəyişiklik baş verib. Allsport.az saytı xəbər verir ki, sərbəst güləşin mübarizəsində 97 kq çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Ərdoğanın qadağan olunmuş preparatlardan istifadəsi, bir neçə mərhələli yoxlamalardan sonra öz təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi onu 2 illik diskvalifikasiyasına, onun qazandığı medalın Kuba pəhləvanani Javier Cortinaya verilməsinə qərar verib.

Bu qərar komanda hesabında ölkələrin sıralamasında da təsir edib. Belə ki, Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi planetin ən güclülərinin yarışını 4-cü sırada tamamlamış Azərbaycan sərbəst güləş millisinin bir pillə irəliləməsinə səbəb olub. Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev – 61 kq) və 1 gümüş (Xetaq Qazyumov – 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında 3-cü yerdə qərarlaşıb.

Həmin kateqoriyadan