Üzgüçülərimiz dünya çempionatına hazırlaşır

Üzgüçülərdən ibarət Azərbaycan yığma komandası Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir. Allsport.az saytın məlumatına görə, noyabrın 9-dan başlayan hazırlıqlarda milliinin 14 üzvü cəlb olunub.

Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov AzərTAc-a bildirib ki, əsas komandaya cəlb olunan üzgüçülər noyabrın 18-21-də Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək çoxnövçülük üzrə Azərbaycan çempionatında iştirak edəcəklər.

Bu yarışa üçüncü dərəcəyə malik üzgüçülər qatıla bilərlər. Respublika birinciliyi yekunlaşdıqdan sonra milli komandanın əsas və ehtiyat üzvləri müəyyənləşəcək. Bu ilin dekabrında bizi daha mötəbər yarış gözləyir. İdmançılarımız Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında iştirak edəcək. Təlim-məşq toplanışı noyabrın 17-də yekunlaşacaq.

Həmin kateqoriyadan