Üzgüçümüz dünya çempionatında tarix yazdı, Tokio-2020-yə lisenziya qazandı

Koreyanin Quangju şəhərində su idman növləri üzrə dunya çempionatında Maksim Şemberev 400 metr məsafəyə qarışıq üsulda finala yüksəlib.

Allsport.az saytı xəbər verir ki, o, həlledici mərhələdə ölkə
üzgüçülüyü tarixində ilk dəfə 6-cı nəticə göstərib. 4.14.10 saniyə nəticə ilə Tokio-2020 oyunlarına “A” lisenziyası qazanıb.

Bununla da, idmançımız olimpiadada birbaşa iştirak hüququna yiyələnib.

Həmin kateqoriyadan