“Uzun müddətdən sonra komandamız yenidən elit mərhələdə oynayacaq”

Belçikanın Eisden şəhərinin “Patro Eisden” stadionunda 17 yaşadək futbolçuların Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi Bosniya və Herseqovina komandası ilə heç-hecə edərək, növbəti mərhələyə yüksəlib. Allsport.az saytı xəbər verir ki, bu qarşılaşmasını canlı izləyən AFFA-nın baş katibi Elxan Məmmədov, matçdan sonra affavideo.azaffa.az  saytlarına fikirini bildirib:

“İlk növbədə hər birimizi və böyük əzmkarlıq nümayiş etdirən futbolçuları təbrik edirəm. Onlar son iki oyunda biri-birilərinə dəstək olaraq əsl komanda olduqlarını sübut etdilər. Millimiz hər iki görüşdə hesabda geridə olsa da, sonradan oyunda dönüş yarada bildi. İsveçrə ilə oyunda 3 xal, Bosniya və Herseqovina ilə görüşdə 1 xal qazandı.

Bu bizim üçün önəmli bir uğurdur. 4-5 illik fasilədən sonra komandamız yenidən elit-raunda vəsiqə qazandı. Təbii ki, bu da sevindirici haldır. Bildiyiniz kimi, komandamız 4-5 il əvvəl elit-raunda vəsiqə qazanmışdı. Uzun müddətdən sonra komandamız yenidən elit mərhələdə oynayacaq. Bütün komandanı və azarkeşləri təbrik edirəm. Ümid edirəm ki, komandamız elit-raundda da gözəl oyun nümayiş etdirəcək”.

Həmin kateqoriyadan