- Baxış sayı: 27
- 24 Aprel 2024 21:48
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Millimizin qapıçısı Valentina Salamahanın çıxış etdiyi «Bietiqheym» klubu qadın həndbolçuların Bundesliqasında növbəti görüşə çıxıb. Allsport.az saytı xəbər verir ki, çempionatın öncülü 19-cu turda evdə «Nellingen»i qəbul edib.
Əvvəldən sonadək üstün oyun nümayiş etdirən həndbolçumuzun komandası 17 top fərqi ilə qalib gəlib – 38:21 (19:14). Bu matçda da qapısımız meydanda olub.
«Bietiqheym» yarış cədvəlində maksimum nəticə, 38 xalla 1-ci sırada yerini qoruyur. Lider növbəti görüşünü aprelin 4-də səfərdə «Metsingen»ə qarşı keçirəcək.